Junior “Real”ın təklifini qəbul etmədi
İdman
04.11.2024 12:40
Vinisius Juniorun qərarı “Real Madrid”i şoka salıb.
TodayPress “Elgoldigital”a istinadən xəbər verir ki, “Los Blankos”la 2027-ci ilin yayına qədər müqaviləsi olan braziliyalı hücumçu yeni uzunmüddətli sözləşməni imzalamaq istəmir.
“Sambaçı”nın yeni müqavilədən imtina etməsinin əsas səbəbi “Real”ın Kilian Mbappeni transfer etməsi olub.
Junior artıq özünü komandanın əsas ulduzu kimi hiss etmir. Onun ətrafı iddia edir ki, Vinisius artıq Madriddə xoşbəxt deyil. Çox güman ki, forvard başqa komandaya getmək barədə düşünəcək.
Qeyd edək ki, Vinisius bu mövsüm “Real”ın heyətində 15 oyuna çıxıb, 8 qol vurub və 7 məhsuldar ötürmə edib.
Namiq HUN
tag: Real Madrid, Vinisius, Forvard,Los Blankos, todaypress.az,