Juninyonun “Sevilya”ya keçidinin detalları açıqlandı

İdman

06.01.2025 12:18

“Qarabağ”ın futbolçusu Olavio Juninyonu heyətinə qatacaq “Sevilya” klubu UEFA Çempionlar Liqasına vəsiqə qazanacağı təqdirdə Azərbaycan çempionuna əlavə ödəniş edəcək.

TodayPress “Relevo” nəşrinə istinadən xəbər verir ki, Əndəlüs təmsilçisi qitənin bir nömrəli klub turnirinə qatılsa, “Qarabağ” 250 min avro alacaq. 

Bundan əlavə, Ağdam təmsilçisi hücumçunun növbəti satışından 20 faiz gəlir əldə etmək hüququna da malik olacaq. 

Qeyd edək ki, Olavio Juninyonun keçidi “Sevilya” klubuna 4 milyon avroya başa gələcək.

Həftə ərzində İspaniyaya gedəcək braziliyalı forvard yeni klubu ilə 2+1 illik müqavilə imzalayacaq.

Namiq HUN

tag: Olavio, Relevo ,Təmsilçi, İspaniya ,todaypress.az,