Juninyo yaşıl meydanlardan kənarda qaldı
“Qarabağ”ın braziliyalı sabiq hücumçusu Juninyo yeni komandası “Flamenqo”ya uyğunlaşmağa başlayar-başlamaz zədələnib.
TodayPress xəbər verir ki, Olavio bir müddətdir zədəsini sağaltmaqla məşğuldur.
Karioka liqasında “Botafoqo” ilə matçda budundan zədələnən 28 yaşlı futbolçu bu səbəbdən “Flamenqo”nun 2 matçını buraxacaq.
Juninyo şənbə günü “Vasko” komandasına qarşı keçiriləcək kubokun yarımfinal mərhələsinin ilk oyununda da heyətdə yer almayacaq. Onun nə zaman oyunlara çıxacağı bilinmir.
Müalicəsini davam etdirən Juninyo hələlik fərdi qaydada yüngül məşqlərlə kifayətlənir.
Qeyd edək ki, qışda “Flamenqo”ya keçən Juninyo komandanın heyətində meydana çıxdığı 6 oyunda 1 qol vurub.
Namiq HUN
tag: Juninyo,Qarabağ,Flamenqo,Futbol,Zədə,Todaypress.az,