Juninyo "Sevilya" ilə müqavilə imzalayacaq

İdman

07.01.2025 19:52

"Qarabağ"ın futbolçusu Olavio Juninyo İspaniya təmsilçisi "Sevilya" ilə bu həftə müqavilə imzalayacaq.

TodayPress xəbər verir ki, bu barədə məşhur "AS" nəşri məlumat yayıb.

Hər şey yolunda gedəcəyi təqdirdə, braziliyalı forvard yeni klubu ilə "2+1" illik sözləşmə bağlayacaq. Oyunçunun maaşı dəqiqləşən kimi Sevilya şəhərinə yola düşəcək.

Qeyd edək ki, Olavio Juninyo 2023-cü ildən "Qarabağ"ın formasını geyinir. O, Azərbaycan çempionatının və kubokunun qalibi olub.

tag: Qarabağ,Olavio Juninyo,İspaniya ,Sevilya,Azərbaycan ,todaypress.az,