Juninyo Liqa mərhələsinin güclü forvardları sırasına düşdü
İdman
25.09.2024 09:15
UEFA Avropa Liqasının güclü 7 hücumçusunun adını açıqlayıb.
TodayPress xəbər verir ki, siyahıda “Qarabağ” klubunun forvardı Olavio Juninyo da var.
Braziliyalı hücumçu bu mövsüm Çempionlar Liqasının təsnifat mərhələsində fərqlənməklə bu uğura nail olub. Uefa Juninyonun ÇL-in təsnifat mərhələsinin bombardirləri siyahısında liderliyə yüksəlməsini əsas götürərək adını Avropa Liqasının Liqa mərhələsinə rəng qatacaq güclü hücumçularla bir siyahıya yazıb.
Qeyd edək ki, braziliyalı top sehrbazı ilə bir arada “Qalatasaray” və “Beşiktaş” klublarının hücumçuları da güclü 7-liyə düşüblər.
Avropa Liqası 7-liyində 3 türk klubunu təmsil edən Viktor Osimhen, İmmobile və Juninyo kimi futbolçunun olması fantastic göstəricidir.
Qeyd edək ki, seçmə forvardlar arasında “Tottenhem”dən Son Hın Min, “Roma”dan Paulo Dibala, “Mançester Yunayted”dən Brunu Fernandeş, “Atletik”dən İnyaki Ulyams kimi təcrübəli futbolçularda var.
Namiq HUN
tag: Avropa, Liqa, Qalatasaray ,Viktor Osimhen ,Mançester Yunayted ,todaypress.az,