Juninyo Braziliyaya yollanır

İdman

13.01.2025 10:26

2316

Hücumçu Olavio Juninyo bu gün “Qarabağ” futbol klubunun  düşərgəsini tərk edəcək.

TodayPress Brazliya mətbuatına istinadən xəbər verir ki, 28 yaşlı futbolçu paytaxt Rio-de-Janeyroya yollanacaq. 

Juninyo “Flamenqo” klubu  üçün tibbi müayinədən keçəcək, bundan sonra tərəflər arasında müqavilə imzalanacaq.

Müqavilənin 2028-ci ilin sonuna qədər bağlanacağı nəzərdə tutulub.  Bundan sonra Juninyo ABŞ-da təlim-məşq toplanışında olan yeni komandasının düşərgəsinə qoşulacaq.

 Qeyd edək ki, “Qarabağ” Olavio Juninyonun transferindən 5 milyon avro qazanacaq. 

Namiq HUN

tag: Juninyo,Transfer ,Braziliya, Klub,todaypress.az,