Juninyo Braziliyaya qayıdır?

İdman

08.01.2025 10:20

"Qarabağ"ın futbolçusu Juninyo Olavionun "Sevilya"ya keçidi alınmayıb.

TodayPress El Chiringuito TV-yə istinadən xəbər verir ki, Braziliyanın “Flamenqo” klubunun təklifi həm “Qarabağ”ı, həm də forvardı razı salıb.

Juninyo öz ölkəsində çıxış edəcəyi təqdirdə “Sevilya”dakından daha yüksək maaş alacaq. Artıq La Liqa təmsilçisi də 28 yaşlı futbolçunun transferindən əlini çəkib. 

Qeyd edək ki, “Sevilya” “Qarabağ”a 4 milyonluq transfer paketi ilə müraciət etsə də, Azərbaycan çempionu təklifə müsbət cavab verməyib.

Namiq HUN

tag: Transfer, Sevilya,Qarabağ, Braziliya, todaypress.az,