Juninyo Avropa qolçularını QABAQLADI

İdman

02.09.2024 12:56

2024-cü ildə ən çox qol vuran futbolçuların siyahısı açıqlanıb. 

TodayPress xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) tərəfindən hazırlanan cədvəldə 46 futbolçu yer alıb.

“Qarabağ”ın braziliyalı forvardı Olavio Juninyo 22 qolla cədvəldə 27-cidir. O bu göstəricidə Robert Levandovski və Vinisius Junioru geridə qoyub.

Siyahıya 35 qolla Çinin “Şanxay Port” klubunun oyunçusu Vu Lei başçılıq edir.

Qeyd edək ki, Juninyo 6 qolla UEFA Çempionlar Liqasında yeni mövsümdə təsnifat və pley-off mərhələsinin ən məhsuldar futbolçusu olub.

Namiq HUN

tag: Beynəlxalq Futbol Tarixi, UEFA,Çempionlar ,Liqa ,Juninyo ,Şanxay Port, todaypress.az,