Joze Mourinyo “Lill”ə səsləndi

İdman

07.08.2024 19:35

2024

“Fənərbaxça” klubunun baş məşqçisi Joze Mourinyo Istanbul təmsilçisinin UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin “Lill” ilə ilk oyununda (1:2) məğlubiyyətini şərh edib.

TodayPress xarici KİV-ə istinadən xəbər verir ki, portuqaliyalı məşqçi cavab oyununda hər şeyin fərqli olacağını deyib:

”Bu, hələ bütün “opera”nın sonu deyil, ortasıdır. Bu duelin ikinci hissəsini öz meydanımızda keçirəcəyik. Ona görə də, rəqib komandaya demək istəyirəm ki, arxamızda minlərlə azarkeş olacaq və bu, həlledici amil olacaq”.

Namiq HUN

tag: Fənərbağça, Portuqaliya, UEFA, Joze Mourinyo, Məşqçi, todaypress.az,