Jokeyçimiz Fransada beynəlxalq turnirin qalibi oldu
İdman
04.06.2024 15:31
Azərbaycan millisinin üzvü Aqata Zəhrabəyova atçılığın dresaj növü üzrə Fransanın Le Mans şəhərində keçirilən yarışın qalibi olub.
TodayPress xəbər verir ki, 21 ölkənin qatıldığı yarışın final mərhələsinə yüksələn jokey rəqiblərini 75,9 faizlik balla qabaqlayaraq kubokun sahibi olub.
Aqata beynəlxalq turnirlərə hazırlığı Almaniyanın Düsseldorf şəhərində davam etdirir. Zəhrabəyova ilin sonunadək daha bir neçə beynəlxalq turnirdə ölkəmizi təmsil edəcək.
Namiq HUN
tag: Jokey, Aqata Zəhrabəyova, Fransa, Le Mans, todaypress.az,