Jokey yarışdan kənarlaşdırıldı
İdman
22.08.2024 17:36
Fransada yarış zamanı atdan yerə tullanan idmançı diskvalifikasiya edilib
TodayPress xəbər verir ki, Parisdə yerləşən “Champ de Mars” cıdır meydançasında keçirilən yarış zamanı atdan yerə tullanan Alvinyo Roy cəzalandırılıb.
Onun hərəkətlərinin videogörüntüləri izlənildikdən sonra idmandan 5 il müddətinə uzaqlaşdırılması ilə bağlı qərar qəbul edilib.
Xüsusi təyinatlı atı ilə lider mövqeyində irəliləyərkən qəfil yerə tullanan idmançının hərəkətləri bir sıra şübhələrə yol açıb və araşdırmalar aparılıb.
Jokey açıqlamasında atı yola tərəf yönəltmək istəyərkən ayağı sürüşdüyünü və tarazlığını saxlaya bilməyib yıxıldığını desə də, onun izahatları qəbul edilməyib.
Nəticədə yalan ifadələr söyləməkdə ittiham olunan Alvinyo Roy günahkar bilinib və beş il müddətinə diskvalifikasiya edilib.
Namiq HUN
tag: Fransa,Paris,Champ de Mars,Alvinyo Roy, todaypress.az,