"Jirona" tarixinin rekord transferini etdi
İdman
24.08.2024 12:30
"Jirona" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
TodayPress xəbər verir ki, Kataloniya təmsilçisi İngiltərənin "Uotford" klubunun vingeri Yaser Asprillanı transfer edib.
Kolumbiyalı yarımmüdafiəçi ilə 2030-cu ilin iyul ayına qədər müqavilə imzalanıb.
"Jirona" 20 yaşlı futbolçu üçün "Uotford"a 18+7 milyon avro ödəyib. Bu klub tarixinin transfer rekordudur.
Qeyd edək ki, Yaser Asprilla ötən mövsüm 47 matçda 6 qol vurub və 8 qolun ötürməsini verib.
Namiq
HUN
tag: Jirona,Uotford,Kataloniya ,Yaser Asprillan,todaypress.az,