Jezus Səudiyyə Ərəbistanını Braziliyaya dəyişə bilər

İdman

09.04.2025 14:15

6

Futbol üzrə Braziliya millisinin yeni baş məşqçisi müəyyənləşib.   

TodayPress xəbər verir ki, bu posta Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunu çalışdıran Jorje Jezus gətiriləcək. 

Portuqaliyalı mütəxəssis hazırda ən real namizəd hesab olunur. 

70 yaşlı Jezusun təyinatının dərhal reallaşmayacağı, onun mayın 3-nə planlaşdırılan Asiya Çempionlar Liqasının finalına qədər Səudiyyə klubunda qalacağı barədə iddialar var. 

Bundan başqa “Əl-Hilal” ölkə çempionluğu uğrunda mübarizəni davam etdirsə, onun komanda ilə müqaviləsinin müddəti uzadıla bilər. 

Qeyd edək ki, Jorje Jezus 2019-2020-ci illərdə Braziliyada çalışıb.

O, “Flamenqo” klubuna rəhbərlik edib.   

Namiq HUN

tag: Jorje Jezus,Baş Məşqçi,Braziliya,Futbol,Todaypress.az,