Jezniçak növbəti dəfə oktaqona çıxacaq
İdman
14.11.2024 17:49
“Qarabağ” klubunun sabiq futbolçusu Yakub Jezniçak MMA-da növbəti döyüşünü keçirəcək.
TodayPress xəbər verir ki, polşalı müdafiəçi “FAME MMA” turnirində rinqə çıxacaq.
Jezniçak dekabrın 7-də Rocer Salla ilə qarşılaşacaq.
Yakub MMA-da ikinci döyüşünü keçiricək. O, yayda “Clout MMA” turniri çərçivəsində Tomaş Matısyakla qarşılaşıb. Sabiq qarabağlı futbolçu 1-ci raundda qazanılmış erkən qələbəni bayram edib.
Qeyd edək ki, Yakub Jezniçak 2017-1019-cu illərdə “Qarabağ” klubunda çıxış edib.
Namiq HUN
tag: Qarabağ, MMA, Jezniçak, Rocer Salla, Turnir,todaypress.az,