Jalə Avropa çempionu oldu, Elnurə isə gümüş medalla kifayətləndi

İdman

25.05.2024 00:28

Güləş üzrə U-23 Avropa çempionatında qadın güləşi üzrə 53, 57, 62, 65 və 72 kq-da qaliblər müəyyənləşib.

TodayPress xəbər verir ki, Gəncə güləş məktəbinin yetirməsi Jalə Əliyeva (57 kq) finalda türkiyəli Elvira Kamaloğluya 5:3 hesabı ilə qalib gələrək çempionatın qızıl medalını qazanıb. Nəticədə Jalə Əliyeva U-23 yaş qrupunda ilk 2 qat Avropa çempionu olan qadın güləşçimiz kimi adını tarixə yazdırıb.

Jalə Əliyeva: “İki il əvvəl çempion, ötən il isə 3-cü olmuşdum. Bu dəfə isə çempion oldum. Yaxşı təlim-məşq toplanışı keçmişdik. “Doğma divarlar”da fürsəti əldən verə bilməzdim. Qalib gələcəyimə inanırdım. Toğrul müəllim dedi ki, necə xalçaya daxil olursan, elə də əminliklə güləş. Sonda hər şey əla alındı”.

Elnurə Məmmədova (53 kq) isə finalda ukraynalı Liliya Malançuka 2:13 hesabıyla məğlub olaraq 2 il əvvəl olduğu kimi yenə gümüş medalla kifayətlənib.

tag: Güləş, U-23, todaypress.az,

photo
photo
photo