İvan Toni “Əl-Əhli”dən təklif aldı
İdman
19.08.2024 15:35
Futbol üzrə İngiltərə millisinin və "Brentford" klubunun hücumçusu İvan Toni Səudiyyə Ərəbistanına getmək üçün böyük məbləğ tələb edib.
TodayPress xəbər verir ki, forvard "Əl-Əhli" klubundan rəsmi təklif alıb.
"Brendford"u tərk etmək istəyən futbolçu Səudiyyə Ərəbistanına yollanmaq üçün 50 milyon funt-sterlinq tələb edib.
Ivan Toni "Əl-Əhli"dən illik 20 milyon avro və əlavə bonuslar istəyib.
Namiq HUN
tag: İngiltərə, Forvard, ƏL-Əhli, Brentford, İvan Toni, todaypress.az,