İvan Perişiç “Hayduk”dan getdi

İdman

14.08.2024 14:24

Futbolçu Xorvatiya klubu ilə müqaviləsini ləğv edib.

TodayPress "Mundo Deportivo"ya istinadən xəbər verir ki, buna səbəb yarımmüdafiəçinin baş məşqçi Cennaro Qattuzo ilə münaqişədə olmasıdır.

35 yaşlı təcrübəli futbolçu qeyri-müəyyən müddətə kollektiv məşqlərdən kənarlaşdırılıdığı üçün klubla müqaviləni ləğv etmək qərarına gəlib.

Qeyd edək ki, Avropanın "İnter", "Bavariya" və  "Tottenhem" kimi nəhəng klublarında da forma geyinmiş İvan Perişiç bu mövsüm “Hayduk”un heyətində cəmi 4 oyuna çıxıb.

Namiq HUN

tag: Xorvatiya,Mundo Deportivo, Bavariya,İvan Perişiç, Hayduk, todaypress.az,