ITU Pevtsovun statistik göstəricilərini açıqladı
İdman
20.12.2024 14:37
Rostislav Pevtsov Azərbaycan komandasının heyətində 154 yarışda iştirak edib.
TodayPress xəbər verir ki, Beynəlxalq Triatlon İttifaqı (ITU) millimizdə karyerasını bitirdiyini elan edən üçqat olimpiya iştirakçısının statistik göstəricilərini təqdim edib.
Pevtsov olimpiya triatlonunda çıxış etdiyi illərdə 32 dəfə fəxri kürsüyə qalxıb və 11 çempionluq yaşayıb.
Hazırda Rostislav dünya sıralamasında 168-ci, Avropada isə 84-cü yerdədir.
Qeyd edək ki, Pevtsov sonuncu dəfə ötən ay Tailandda keçirilən "Laguna Phuket Triathlon" yarışında fəxri kürsünün üçüncü pilləsinə qalxıb.
Namiq HUN
tag: Petsov, AQvropa, Çempion, İştirak ,todaypress.az,