ITIA tennisçini 18 ay müddətinə diskvalifikasiya etdi
Avstraliyalı tennisçi Maks Pyorsell antidopinq qaydalarını pozduğuna görə 18 ay müddətinə diskvalifikasiya edilib.
TodayPress xəbər verir ki, bu barədə Beynəlxalq Tennis Dürüstlük Agentliyi (ITIA) məlumat yayıb.
“Böyük Dəbilqə” turnirlərinin ikiqat qalibi dəfələrlə 100 millilitrdən çox infuziyalardan istifadə edib.
O, 2023-cü ildə iki dəfə 500 ml-dən çox venadaxili infuziya aldığını etiraf edib.
Ümumdünya Antidopinq Məcəlləsinə və Tennis Antidopinq Proqramına (TADP) əsasən, venadaxili infuziyaların həddi 12 saat ərzində 100 ml olmalıdır.
Ötən ilin dekabrında Beynəlxalq Tennis Dürüstlük Agentliyi Proysellə antidopinq qaydalarının pozuntusu barədə məlumat verib. Tennisçi könüllü olaraq müvəqqəti diskvalifikasiya tələb edib və bu, dərhal qüvvəyə minib. Avstraliyalı idmançı qayda pozuntusunu etiraf edib və araşdırma zamanı antidopinq orqanları ilə əməkdaşlığa görə ITIA ona qarşı tətbiq etdiyi sanksiyaları 25 % azaldıb.
Qeyd edək ki, Maks Pyorsellin cəzasının müddəti 2026-cı il iyunun 11-də başa çatacaq.
Tennisçi ilk antidopinq qayda pozuntusunun baş verdiyi tarixdən (16 dekabr 2023-cü il) ilk mənfi nümunəyə qədər (3 fevral 2024-cü ilə qədər) iştirak etdiyi turnirlər üçün nəzərdə tutulan pul mükafatından məhrum ediləcək. Namiq HUN
tag: Tennis,Yarış,Cəza,İTİA,Todaypress.az,