ITIA Litnevanı diskvalifikasiya etdi
Rusiyalı tennisçi Anna Litneva Korrupsiyaya Qarşı Mübarizə Proqramını pozduğuna görə Beynəlxalq Tennis Dürüstlük Agentliyi (ITIA) tərəfindən birillik diskvalifikasiya edilib.
TodayPress xəbər verir ki, onun barəsində bir neçə ittiham irəli sürülüb.
Tennisçinin matçlar zamanı manipulyasiya hallarına yol verdiyi, tam gücü ilə çıxış etmədiyi və korrupsiya pozuntusu törətdiyi sübuta yetirilib.
12 ay idmandan uzaqlaşdırılan Anna Litneva, həm də 5.000 dollar məbləğində cərimələnib.
Namiq HUN
tag: Tennis,Anna Litneva,diskvalifikasiya,Tennisçi,Todaypress.az,