İtaliyalı tennisçiyə görə Australian Open matçı dayandırıldı
İdman
20.01.2025 10:11
“Böyük Dəbilqə” seriyalı Australian Open tennis turnirinin dördüncü raundu çərçivəsində dünya reytinqinin lideri, italiyalı Yannik Sinner ilə danimarkalı Holger Rune arasında keçirilən matç yarıda dayandırılıb.
TodayPress xəbər verir ki, səbəb italiyalı tennisçinin özünü pis hiss etməsi olub.
Hadisə üçüncü setin gedişi zamanı baş verib. Hakimlər və tibbi heyət dərhal müdaxilə edərək Sinnerə yardım göstəriblər. Yannik Sinner birinci seti 6:3 hesabı ilə qazanıb. İkinci setdə Rune eyni hesabla rəqibini üstəliyərək hesabı bərabərləşdirib. Üçüncü setdə isə hesab 4:3 Sinnerin xeyrinə ikən oyun dayandırılıb.
Qeyd edək ki, Australian Open turniri çərçivəsində bu cür hadisələr nadir hallarda baş versə də, bu qarşılaşma gərginliyi ilə yadda qalıb.
Namiq HUN
tag: Böyük Dəbilqə, Australian Open,Yannik Sinner,Turnir,Todaypress.az,