İtaliyalı tennisçi fond təsis etdi
Dünya tennisinin italiyalı lideri Yannik Sinner öz adını daşıyan fond təsis edib.
TodayPress xarici KİV-ə istinadən xəbər verir ki, fondun məqsədi idmanla məşğul olan uşaqlara dəstək verməkdir.
Sinner, fondun saytına açıqlamasında məqsədlərinin idman təşkilatlarına, məktəb proqramlarına və icma təşəbbüslərinə dəstək vasitəsilə uşaqların təhsilini inkişaf etdirmək və idmana çıxış imkanlarını artırmaq olduğunu deyib.
Qeyd edək ki, məşhur tennisçi 2024-cü ildə antidopinq qaydalarını pozduğuna görə üç aylıq diskvalifikasiya olunub.
Namiq HUN
tag: Yennik Sinner,İtaliya,Fond,Təsis,Todaypress.az,