İtaliyalı forvard İstanbula gəldi

İdman

13.07.2024 11:03

"Beşiktaş" futbol klubu ilə razılaşan Çiro İmmobile "qara qartallar"la müqavilə imzalamaq üçün İstanbula gəlib. 

TodayPress xəbər verir ki, "Latsio"dan transfer edilən hücumçu Atatürk Hava Limanında "Beşiktaş" azarkeşləri tərəfindən coşqu ilə qarşılanıb. 

İstanbul təmsilçisi sosial şəbəkə hesablarında italiyalı forvardın fotosunu paylaşıb. 

Qeyd edək ki, İmmobile 2016-cı ildən "Latsio"da top qovur. Forvard karyerası ərzində  "Siena", "Yuventus", "Qrosseto", "Peskara", "Cenoa", "Torino", "Borussiya" (Dortmund) və "Sevilya" klubunın da formasını geyinib. O, bu müddət ərzində 593 matça çıxıb. Çiro bu görüşlərdə 329 qol vurub və 75 məhsuldar ötürmə verib.

34 yaşlı futbolçu Almaniya Superkubokunun, 2 dəfə İtaliya Superkubokunun və “Skuadra Adzurra” ilə Avro-2020-nin qalibi olub. 

Namiq HUN

tag: İtaliya, Beşiktaş, Torino, Siena, Latsio, todaypress.az,