İtaliyada üç futbol azarkeşi bıçaqlandı

İdman

23.01.2025 18:20

İtaliyada yerli “Latsio” və İspaniyanın “Real Sosyedad” komandaları arasında keçiriləcək Avropa Liqası matçından əvvəl azarkeşlər arasında qarşıdurmada üç nəfər xəsarət alıb.

TodayPress xəbər verir ki, bu barədə "Football Espana" nəşri məlumat yayıb.

Fanatların bıçaqlandığı bildirilib. Hər iki klubun tərəfdarları arasında oyundan əvvəl əlbəyaxa dava olub. Meydan sahiblərinin 80-dən çox azarkeşi münaqişədə iştirak edib.

Bıçaqlanan şəxslərdən ikisi ağır yaralanıb. Yerli polis hazırda məsələ ilə bağlı araşdırma aparır.

Görüş Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

Namiq HUN

tag: İtaliya,Latsio,İspaniya,Real Sosyedad,Avropa Liqası,todaypress.az,