İtaliyada futbol təxirə salındı

İdman

24.09.2024 09:20

İtaliya A Seriyasının V turunun son matçı təxirə salınıb.

TodayPress xəbər verir ki, "Atalanta" - "Komo" görüşü pis hava şəraiti səbəbindən bu gün keçiriləcək.

Berqamo qarşılaşması güclü yağış səbəbindən start götürməyib. 

Federasiya nümayəndəsi və hakimlər stadiona baxış keçirdikdən sonra matçın təxirə salınmasına qərar veriblər.

Namiq HUN

tag: İtaliya ,Federasiya ,Hakimlər ,Atalanta ,Komo ,todaypress.az,