İtaliya yığması müdafiəçisini itirdi
UEFA Millətlər Liqasının 1/4 finalında mübarizə aparan İtaliya milisi aparıcı futbolçularından birini itirib.
TodayPress xəbər verir ki, Skuadra Adzurra Almaniya yığması ilə ilk oyundan sonra Rikardo Kalafiorinin köməyindən məhrum olub.
Müdafiəçi Bundestimə qarşı cavab matçında meydana çıxa bilməyəcək. Rikardo Kalafiori dizindən zədələnib.
Qeyd edək ki, Almaniya - İtaliya cavab görüşü martın 23-də keçiriləcək.
Namiq HUN
tag: UEFA ,Millətlər Liqası,İtaliya,Skuadra Adzurra,Rikardo Kalafiori,todaypress.az,