İtaliya Superkubokunun finalında “Milan” və “İnter” qarşılaşacaq

İdman

04.01.2025 15:10

1869

İtaliya Superkubokunun yarımfinal matçı keçirilib.

TodayPress xəbər verir ki, Səudiyyə Ərəbistanında keçirilən matçda “Milan” “Yuventus” komandaları qarşılaşıb.

Oyun “Milan”ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Əvvəlcə Kənan Yıldız 21-ci dəqiqədə “yuventus”u önə çıxarıb. Kristian Pulişiç 71-ci dəqiqədə penaltidən vurduğu qolla hesaba tarzlıq gətrib. Yeddi dəqiqə sonra “Yuventus”un müdafiəçisi Federiko Qatti avtoqola imza ataraq komandasını məğlub duruma düşürüb. 

Beləliklə “Milan” finalda “Atalanta”nı məğlub edən (2:0) “İnter”lə oynayacaq. Görüş yanvarın 6-da baş tutacaq.

tag: Atlanta, İtaliya, Superkubok ,Matç ,Milan ,todaypress.az,