İtaliya Superkubokunda Milan derbisi

İdman

06.01.2025 11:48

Bu gün futbol üzrə İtaliya Superkubokunun final görüşündə Milan şəhərini təmsil edəcək “İnter” və “Milan” klubları qarşılaşacaq.

TodayPress xəbər verir ki, rəqiblər meydana ciddi itkilərlə çıxacaqlar.

“İnter” klubunun futbolçularından Françesko Açerbi, Di Cennaro və Benjamin Pavard zədə səbəbindən görüşü buraxmalı olacaqlar. 

“Milan”da isə Samuel Çukueze, Alessandro Florenzi, Rafael Leao və Loftus Çek zədəli olduğundan komandasına kömək edə bilməyəcək.

Qeyd edək ki, Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda yerləşən “Kinqdom Arena”da keçiriləcək görüş saat 23:00-da başlayacaq.

Namiq HUN

tag: Milan,Paytaxt ,İtaliya, Futbol, todaypress.az,