İtaliya çempionu Florensiyada büdrədi

İdman

07.02.2025 12:45

812

“İnter” klubu 2019-cu ildən sonra ilk dəfə A Seriyasında böyükhesablı məğlubiyyətlə barışıb.

TodayPress xəbər verir ki, Milan təmsilçisinin məğlubiyyəti  XIV turdan təxirə salınan "Fiorentina" ilə matça təsadüf edib.

İtaliya çempionu Florensiyada üç cavabsız qolla uduzub. 

“İnter” son olaraq 2019-cu il mayın 19-da, A Seriyasının XXXVII turunda “Napoli”yə 1:4 hesabı ilə məğlub olub.

Qeyd edək ki, “Fiorentina” – “İnter” matçı dekabrın 1-də yarımçıq dayandırılıb. Meydan sahiblərinin oyunçusu Edoardo Bove sözügedən matçda huşunu itirərək reanimasiyaya yerləşdirilmişdi.

Namiq HUN

tag: İdman,Futbol,Matç,İtaliya,Todaypress.az,