İtaliya baş məşqçi postuna kimi gətirir?

İdman

01.07.2024 19:25

İtaliyalı futbol mütəxəssisi Luçano Spalletti milli komandada son günlərini yaşayır.  Təcrübəli  məşqçinin postundan gedəcəyi gözlənilir.

TodayPress “La Gazetta della Sport”a istinadən xəbər verir ki, Avropa çempionatı ilə erkən vidalaşan apenninlilər artıq baş məşqçi postu üçün yeni namizədlər axtarır. Hazırda “Yuvenrtus”un sabiq baş məşqçisi Massimilyano Alleqri bu vəzifəyə ən ideal namizəd hesab olunur. Alleqrinin komandanı Spalettidən təhvil alacağı gözlənilir.  

Qeyd edək ki, Spaletti “Napoli” ilə ölkə çempionu olduqdan sonra İtaliya millisinə dəvət alıb. Onun baş məşqçi postunda əvəzlədiyi Roberto Mançini son Avropa Çempionatında “skuadra adzurra”nı çempion etməyi bacarıb.

Namiq HUN

tag: İtaliya, Futbol,Spaletti,Yuvenrtus,Napoli, todaypress.az,