İtaliya A Seriyasının bombardiri Ərəbistana gedir

İdman

11.06.2024 15:45

“Əl-Əhli” klubu "Napoli"nin ulduz futbolçusunu 120 milyon avroya almağa hazırdır. 

TodayPress xəbər verir ki, Səudiyyə Ərəbistanı təmsilçisi nigeriyalı hücumçu Viktor Osimhenin müqaviləsində göstərilən təzminat məbləğini ödəməyə razıdır. 25 yaşlı futbolçu isə əvvəlcə Avropa klubları ilə variantları nəzərdən keçirmək istəyir.

Viktor Osimhen 2020-ci ildən "Napoli"də çıxış edir. O, 2022/2023-ci illər mövsümündə Neapol klubunun 33 ildən sonra ilk dəfə İtaliya çempionluğunu qazanmasına kömək edib. Osimhen həmin mövsüm 26 qolla A Seriyasının bombardiri olub. Ötən il isə İtaliya çempionatının ən yaxşı futbolçusu seçilib. Forvard son mövsüm "cənublular"ın heyətində müxtəlif turnirlərdə 32 oyun keçirib və 17 qol vurub.

Qeyd edək ki, “Əl-Əhli” heyətini Avropa futbolunda adından söz etdirən seneqallı Eduard Mendi, braziliyalı Roberto Firmino, əlcəzairli Riyad Mahrez, həmçinin fil dişi sahilindən olan Frank Kessi kimi futbolçularla gücləndirib. 

Namiq HUN

tag: İtaliya, Səudiyyə Ərəbistan, Viktor Osimhen, Napoli,Çempionat, todaypress.az,