ITA rusiyalı boksçunu yarışlardan kənarlaşdırdı
İdman
31.10.2024 16:57
Beynəlxalq Test Agentliyi (ITA) rusiyalı boksçu Aleksandr Povetkini diskvalifikasiya edib.
TodayPress ITA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, antidopinq qaydalarını pozmaqda şübhəli bilinən Povetkin Moskva antidopinq laboratoriyasının məlumat bazası əsasında oktyabrın 21-dən etibarən diskvalifikasiya olunub.
Boksçunun qaydaları pozması 2014-cü ilin oktyabrında qeydə alınıb.
Namiq HUN
tag: ITA, Boks,Moskva, Qaydalar,Aleksandr , todaypress.az,