İsveçrə “play-off”a yüksəldi
İdman
24.06.2024 10:16
Futbol üzrə Avropa çempionatının qrup mərhələsində son tur qarşılaşmaları start götürüb.
TodayPress xəbər verir ki, A qrupunun son turunda lider Almaniya İsveçrə yığmasını sınağa çəkib. Buna qədər Bundestim artıq 1/8 finalda yerini təmin etmiş, isveçrəlilər də demək olar ki, bu tapşırığın öhdəsindən gəlmişdilər.
Qarşılaşmanı maraqlı edən məqam Almaniya millisinin 2008-ci ildən İsveçrə yığmasını məğlub edə bilməməsi idi. Zaman göstərdi ki, Bundestim hələdə tilsimi qırmağa hazır deyil. Frankfurt qarşılaşmasında İsveşrə Dan Ndoyun 28-ci dəqiqə qolu ilə ilk hissəni qazanıb. Yalnız 90+2-ci dəqiqədə Niklas Fullkruq komandasını məğlubiyyətdən qurtara bilib 1:1. İsveçrə yığması Almaniya ilə qarşılaşmalarda məğlubiyyətsizlik seriyasını davam etdirir.
Namiq HUN
tag: İsveçrə, Futbol, Almaniya, Bundestim, Niklas Fulkruq, todaypress.az,