İsveçrə 1/4 finalda - Son çempiondan vida
İdman
29.06.2024 22:15
Futbol üzrə Avropa çempionatında pley-off mərhələsi start götürüb.
TodayPress xəbər verir ki, mərhələinin ilk qarşılaşmasında Berlində son çempion İtaliya İsveçrəni sınağa çəkib.
"Saatlar ölkəsi" təmsilçiləri məğlubiyyətsiz oyunlar seriyasını davam etdirirlər. Berlinin “Olimpiya” stadionunda baş tutan oyunun hər hissəsində İtaliyanın qapısına 1 qol vuran İsveçrə 1/4 finala vəsiqə qazanıb. Qalib komandanın heyətində 37-ci dəqiqədə Remo Freuler hesabı açıb. 46-cı dəqiqədə isə Ruben Varqas oyunda son nöqtəni qoyub 2:0.
Son Avropa çempionu İtaliya turnirlə erkən vidalaşıb.
Namiq HUN
tag: İsveçrə, İtaliya, Avropa Çempionatı, AVRO-2024, Futbol, İdman, todaypress.az,