İsveçli futbolçu “Real”ın diqqət mərkəzində
İdman
06.09.2024 14:48
“Kral klubu” Azərbaycanın Millətlər Liqasında rəqibi olan İsveçin hücumçusu Viktor Qyökereslə maraqlanır.
TodayPress xəbər verir ki, 25 yaşlı futbolçu qarşıdakı transfer dönəmində qeydiyyatını Madridə dəyişə bilər.
Qyökeres hazırda Portuqaliyanın “Sportinq” klubunda çıxış edir. O, Lissabon klubunun heyətində meydana çıxdığı 55 matçda 50 qol vurub.
“Transfermarket” portalında forvardın transfer dəyəri 65 milyon avro qiymətləndirilir.
Namiq HUN
tag: Kral Klubu, Azərbaycan, Madrid ,İsveç,Viktor Qyökeres, todyapress.az,