ISU rusların olimpiadada iştirakına icazə verəcək?

İdman

09.12.2024 17:37

Beynəlxalq Konkisürmə İttifaqı Rusiya təmsilçilərinin olimpiadada iştirakına icazə verə bilər

Beynəlxalq Konkisürmə İttifaqı (ISU) Rusiya və Belarus təmsilçilərinin 2026-cı ildə İtaliyada keçiriləcək Qış Olimpiya Oyunlarında iştirakına icazə verməyi planlaşdırır.

TodayPress yerli mətbuata istinadən xəbər verir ki, iki ölkə təmsilçilərinin yalnız neytral statusda yarışda iştirak edə biləcəkləri gözlənilir.

Qeyd edək ki, növbəti Qış Olimpiya Oyunları 2026-cı il fevralın 6-22-si aralığında İtaliyanın Milan şəhərində keçiriləcək. 

Namiq HUN

tag: Ölkə, Olimpia ,Neytral,Təmsilçi, todaypress.az,