İstanbul derbisinin biletləri bir anda satıldı
İdman
21.09.2024 08:47
Türkiyə Superliqasının VI turunda keçiriləcək “Fənərbağça” - “Qalatasaray” oyununun biletləri qısa müddətdə satılıb.
TodayPress xəbər verir ki, biletlər satışa çıxarıldıqdan cəmi 4.1 saniyə sonra əllərdə olub.
Superliqada 5 turdan sonra “Qalatasaray” 15 xalla turnir cədvəlinə başçılıq edir. Liderdən 2 xal az toplayan “Fənərbağça” isə ikinci pillədə qərarlaşıb.
Qeyd edək ki, bu gün baş tutacaq İstanbul derbisi Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Namiq HUN
tag: Türkiyə ,Superliqa, Fənərbağça, Qalatasaray ,İstanbul, todaypress.az,