İstanbul derbisini "Qalatasaray" qazandı

İdman

28.10.2024 23:10

2568

Bu gün futbol üzrə Türkiyə Super Liqasında 10-cu turun son matçı keçirilib.

TodayPress xəbər verir ki, həftəyə İstanbul derbisi ilə yekun vurulub.

"Qalatasaray" evdə "Beşiktaş"ı qəbul edib. Görüş meydan sahiblərinin üstünlüyü ilə başlayıb. "Sarı-qırmızılar" ardıcıl 2 qol vurmağı bacarıb. Qonaqlar matçın sonlarında fərqlənsə də, bu, yalnız təsəlli qolu olub.

"Qalatasaray" 28 xalla turnir cədvəlinə başçılıq edir. "Beşiktaş" isə 20 xalla 4-cü pillədədir.

tag: Qalatasaray,Türkiyə, Futbol,Beşiktaş, todaypress.az,