İstanbul derbisində qalmaqal yaşandı

İdman

15.02.2025 11:20

701

Kişi basketbolçulardan ibarət “Fənərbağça" və “Qalatasaray” klubları arasında keçirilən  Türkiyə Kuboku uğrunda görüşdə qalmaqal yaşanıb.

TodayPress xəbər verir ki, Şanlıurfa qarşılaşması sona 9 dəqiqə qalmış yarımçıq dayandırılıb.

Səbəb “Fənərbağça” azarkeşlərinin meydana kənar əşyalar atması olub.

“Qalatasaray”lı basketbolçular etiraz əlaməti olaraq meydanı tərk ediblər. 

Xəbərdarlıqlara məhəl qoyulmadığından, “Fənərbağça” azarkeşlərinin olduğu tribunalar boşaldılıb. Yalnız bundan sonra matç qaldığı yerdən davam edib.

Yekunda “Fənərbağça” 89:74 hesabı ilə qalib gələrək finala yüksəlib. Həlledici görüşdə “sarı-lacivərdlilər”in rəqibi “Beşiktaş” klubu olacaq.

Namiq HUN

tag: Basketbol,Fənərbağça ,Qalatasaray,Türkiyə Kuboku,todaypress.az,