İstanbul derbisində “Beşiktaş” “Galatasaray”ı məğlub etdi

İdman

30.03.2025 04:00

2127

Türkiyə Super Liqasında XXIX turun oyunları davam edir.

TodayPress xəbər verir ki, günün mərkəzi matçında "Beşiktaş" öz meydanında "Qalatasaray"ı qəbul edib.

 

Gərgin keçən qarşılaşmanın ilk hissəsi 1:1 hesabı ilə başa çatıb. İkinci hissəyə yaxşı başlayan "qara qartallar" Gedson Fernandesin 66-cı dəqiqədə vurduğu qolla 10 nəfərlə qalan "cimbom"u məğlub etməyi bacarıb.

Oyunun əsas vaxtına artırılmış dəqiqələrində "Beşiktaş"ın heyətində Semih Kılıçsoy birdəfəlik qırmızı vərəqə ilə cəzalandırılaraq, meydandan qovulub.

 

tag: Türkiyə, Beşiktaş, Qalatasaray, Qırmızı Vərəq, Cəza, todaypress.az,