İsrailli futbolçular Paris Olimpiadasında iştirak edəcəklər
İdman
20.07.2024 13:25
FIFA İsrail millisinin və klublarının beynəlxalq turnirlərdə iştirakının qadağan edilməsi ilə bağlı qərarının təxirə salındığını açıqlayıb.
TodayPress xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
İsrailin kişilərdən ibarət yığma komandası Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarında iştirak edə biləcək.
Daha əvvəl bir neçə ölkə tərəfindən FIFA-dan Qəzzadakı əməliyyatlara görə bütün İsrail təmsilçilərinin beynəlxalq yarışlardan diskvalifikasiya olunması tələb edilmişdi.
Qeyd edək ki, Paris olimpiadasında kişilər arasında keçiriləcək futbol turnirinə iyulun 24-də start veriləcək. İsrail yığması qrupda Mali, Paraqvay və Yaponiya komandaları ilə qarşılaşacaq.
Namiq HUN
tag: İsrail, Futbolçu, Paris, Beynəlxalq, todaypress.az,