İsrail idmançısı yarışlardan uzaqlaşdırıldı
İdman
30.10.2024 13:50
Beynəlxalq Dopinq Test Agentliyi İsrail ağır atleti Stanislav Maznitsını 2 il müddətinə diskvalifikasiya edib.
TodayPress "Israel Hayom"a istinadən məlumatına görə, agentlik bu addımı Moskva antidopinq laboratoriyasının məlumat bazasına əsasən atıb.
İdmançının kənarlaşdırılmasına səbəb olan dopinq testi 2014-cü il noyabrın 15-də Rusiya çempionatı zamanı götürülüb. Diskvalifikasiya qərarı bu il oktyabrın 8-dən etibarən qüvvəyə minib.
İsraili Ağır Atletika Federasiyası idmançının yarışlardan uzaqlaşdırılmasına etiraz etmək niyyətindədir. Qeyd edək ki, 2022-ci ildən İsrail bayrağı altında çıxış edən 28 yaşlı rusiyalı idmançı 2017-ci ildə Rusiya Kubokunun qalibi, 2019-cu ildə gənclər arasında Avropa çempionatının bürünc mükafatçısı olub.
tag: İsrail,Ağır Atletika Federasiyası ,Rusiya,Yarış,Todaypress.az,