İspaniyalı qokiper klub mövsümünün startını buraxacaq

İdman

17.07.2024 10:42

Futbol üzrə İspaniya yığma komandasının və "Atletik Bilbao" klubunun qapıçısı Unai Simon biləyindən aldığı zədə səbəbindən əməliyyat olunmalıdır. 

TodayPress xəbər verir ki, o, ötən mövsümün sonunu və bütün Avropa çempionatını bu zədə ilə keçirib. 

Baskların ikinci qapıçısı Hulen Axirresabala da məşqdə bel nahiyəsində üç fəqərəsini sındırıb. 

Simon cərrahi müdaxiləyə ehtiyacı olduğundan, yalnız oktyabr ayında komandaya qoşula biləcək.

Bu səbəbdən mövsümün əvvəlində "Atletik"in bir dənə də sağlam əsas qapıçısı olmayacaq.

Xatırladaq ki, Unai Simon ötən il zədələnib. Ağrı daimi olsa da, qapıçının məşq etməsinə və normal oynamasına mane olmayıb.

Qolkiper Avropa çempionatında 6 oyunda meydana çıxıb. O, bu görüşlərdə 4 qol buraxıb. 2 qarşılaşmada qapısını toxunulmaz saxlayan Unai bir penaltini dəf edib. 

Simon son mövsüm  İspaniya La Liqasında ilin ən yaxşı qapıçısı seçilib.

Namiq HUN

tag: Futbol, Hulen, Simon, Atletik, İspaniya, todaypress.az,