İspaniyalı mütəxəssis Paris Olimpiadasından şikayətləndi

İdman

06.08.2024 10:50

Yeddi Yay Olimpiya Oyunlarının iştirakçısı Parisdə keçirilən Oyunları iştirak etdiyi ən pis oyun adlandırıb.

TodayPress xəbər verir ki, ispaniyalı mütəxəssis Serxio Lopez XXXIII Yay Olimpiya Oyunlarını həm idmançı, həm də məşqçi kimi iştirak etdiyi yeddi Olimpiada ilə müqayisə edib.

“Qatıldığım yeddi yay Oyunları arasında bu, ən pisidir. Bu çoxlarının fikridir. Şikayət ediləcək bir şey yoxdur, şərtlər hamı üçün eynidir. Özü ilə bu qədər öyünən bir ölkənin belə Oyunlara ev sahibliyi etməsi utancvericidir. Mən aşağı Asiya ölkələrinin çempionatlarında olmuşam ki, turnirlərin təşkilində daha çox nailiyyətlər əldə ediblər. Bu mənim fikrimdir”  ispaniyalı bildirib.

Qeyd edək ki, 55 yaşlı Lopez 1988-ci ildə Seulda (Cənubi Koreya) keçirilən Olimpiya Oyunlarının 200 m məsafəyə brass üsulu ilə üzməkdə bürünc mükafatçısıdır.

Namiq HUN

tag: Seul, Cənubi Koreya, Olimpiya Oyunları, Bürünc,Serxio Lopez, todaypress.az,