İspaniyalı futbol hakimləri cəzalandırıldı

İdman

05.02.2025 11:50

İki ispaniyalı futbol hakimi “Real Madrid”ə qarşı səhvə görə cəzalandırılıb. 

TodayPress AS nəşrinə istinadən xəbər verir ki, hakimlər Alejandro Muniz və İqlesias Villanueva diskvalifikasiya olunublar. 

La Liqanın “Espanyol” - “Real Madrid”(1:0) matçının baş hakimi Alexandro Muniz Ruiz və VAR hakimi İqlesias Villanueva kobud səhvlərə görə cəzalandırılıblar  

Hər iki hakim İspaniya Hakimlər Texniki Komitəsinin rəhbəri Luis Medina Kantalyexo ilə görüşdən sonra müvəqqəti diskvalifikasiya olunublar.

Kantalyexonun fikrincə, “Espanyol”un müdafiəçisi Karlos Romeronun “Real”ın hücumçusu Kilian Mbappeyə qarşı etdiyi kobudluq qırmızı vərəqə ilə cəzalandırılmalı idi.

Həmin epizodda Alexandro Muniz Ruiz Romeroya yalnız sarı vərəqə göstərib. Qarşılaşmadan sonra futbolçunun özü kobud oyuna görə Mbappedən üzr istəyib. “Real” isə hakimlərin zəif idarəçiliyi ilə bağlı İspaniya Kral Futbol Federasiyasına rəsmi şikayət edib.

Namiq HUN

tag: idman,futbol,İspaniya,Real Madrid,Espanyol,todaypress.az,