İspaniyada şahmatçılarımız rəqiblərini mat etdi

İdman

21.12.2024 11:42

İspaniyanın Sitges şəhərində keçirilən beynəlxalq turnirdə 9-cu tur Azərbaycan şahmatçıları üçün uğurlu alınıb.

TodayPress xəbər verir ki, yarışda mübarizə aparan hər üç idmançımız qələbə qazanıb.

Səbinə İbrahimova hindistanlı Bartakke Amardeepə, Ayan Allahverdiyeva polşalı Matsey Qaycitsaya (Polşa), Lalə Hüseynova da hindistanlı Aadya Ranganata (Hindistan) qalib gəlib.

Allahverdiyeva və İbrahimova hərəyə 5 xal toplayaraq, müvafiq olaraq, 45-ci və 69-cu, Hüseynova isə 4 xalla 149-cu yerdədir.

tag: Şahmat, Rəqib, Mat ,İspaniya, todaypress.az,