İspaniyada daha 5 oyun təxirə salındı
İspaniya Kral Futbol Federasiyasının (RFEF) mətbuat xidməti Dana qasırğasının nəticələri və daşqınlar səbəbindən İspaniya kubokunun daha 5 oyununun təxirə salındığını açıqlayıb.
TodayPress xəbər verir ki, təxirə salınan oyunların siyahısına “Çiklana” - “Osasuna”, “Exea” - “Herkules”, “Xeres” - “Seuta” qarşılaşmaları əlavə edilib. Mərhələ adlayacaq komandalar 5 və 6 noyabrda keçiriləcək oyunlardan sonra məlum olacaq.
“Manises” - “Xetafe” və “Xove” - “Real Sosyedad” qarşılaşmalarının isə keçiriləcəyi tarix hələ müəyyənləşməyib.
Qeyd edək ki, daha əvvəl “Parla Eskuela” - “Valensiya” və “Pontevedra” - “Levante” matçları müvafiq olaraq noyabrın 6 və 11-nə təxirə salınıb.
Namiq HUN
tag: İspaniya, Exea, Herkules, Xeres, Çiklana, todaypress.az,