İspaniya Xorvatiyaya qalib gəldi
İdman
15.06.2024 22:05
Avropa çempionatının ikinci oyun gününün mərkəzi matçı mütəxəssislərin “ölüm qrupu” adlandırdığı B qrupunda, İspaniya və Xorvatiya komandaları arasında olub.
TodayPress xəbər verir ki, Berlindəki “Olimpiaştadion” stadionunda hesab ilk 29 dəqiqənin tamamında açılıb. Alvaro Morata qol şansını qaçırmayıb 1:0. Xorvatlar bu qolun şokundan ayılmamış 32-ci dəqiqədə Fabian Ruiz hesabı “qırmızı furiya”nın xeyrinə 2:0-a çatdırıb. Matçın 45+2-ci dəqiqəsində isə müdafiəçi Daniel Karvaxal qarşılaşmanın yekun nəticəsini müəyyn edib 3:0.
Komandalar buna qədər sonuncu dəfə 2023-cü ilin yayında UEFA Millətlər Liqasının finalında qarşılaşıblar. Matçın əsas vaxtında komandalar qolsuz bərabərə qalıblar, oyunsonrası penaltilər seriyasında İspaniya yığması daha güclü olub (5:4).
Qeyd edək ki, İtaliya və Albaniya komandaları da B qrupunda yer alıb. Komandalar cütün qalibinin adına Dortmunddakı “Siqnal İduna Park” stadionunda aydınlıq gətirəcəklər. Matç bu gün saat 23:00-da başlayacaq.
Namiq HUN
tag: İspaniya, Xorvatiya, Berlin, UEFA, todaypress.az,