İspaniya “play-off”a vəsiqəni təmin etdi
İdman
21.06.2024 01:24
Avropa çempionatının B qrupunda 2-ci tura İspaniya – İtaliya qarşılaşması ilə yekun vurulub. Komandalar Helzenkirhendəki “Feltins-Arena”da güclünü müəyyən ediblər. Bu İspaniya və İtaliya millilərinin 2008-ci ildən bəri ardıcıl beşinci Avro qarşılaması olub.
TodayPress xəbər verir ki, ilk turda qalib gələn komandaların duelində 3 xal qazanacaq yığma 1/8 finala yüksələcəkdi.
Qarşılaşmanı İspaniya millisi qazanıb. Qələbə pirineyliləri 1/8 finala yüksəldib. İtaliyalı müdafiəçi Rikkardo Kalafiorinin avtoqolu ispanların işinə yarayıb 1-0. İspaniya millisi qrup mərhələsinin 3-cü turunda uduzsa belə, çempionatda yoluna davam edəcək.
Namiq HUN
tag: İtaliya, Avropa çempionatı, Rikkardo Kalafiori, İspaniya millisi, todaypress.az,