İspaniya nəhənginin əsas transfer hədəfləri

İdman

06.06.2024 15:56

Mbappenin “Real Madrid”ə transferinə "Barselona" necə cavab verəcək? 

TodayPress xəbər verir ki, baş məşqçi Hans-Diter Flikin bir neçə əsas hədəfi olsa da, Kataloniya klubunun hələ də maliyyə problemləri var.

“Real Madrid” Kilian Mbappeni gətirməklə İspaniya futbolunun ağırlıq mərkəzini öz xeyrinə dəyişib. Azarkeşlərini depressiyaya salmamaq üçün Barselona bu keçidə yüksək səslə cavab verməlidir, əks halda qarşıdakı mövsümdə yenidən çempionluq şansı olmayacaq. 

İki İspaniya nəhəngindən birində ağır transfer baş tutsa, rəqib cavab verməyə bilməz. “Barselona”, maliyyə çətinliklərinə və Joan Laportanın yay transferlərində böyük adların olmaması ilə bağlı sözlərinə baxmayaraq, fransalı forvardın gəlişinə cavab verməyə borcludur. Baş məşqçi Hans-Diter Flik artıq təsirli hədəflər siyahısını tərtib edib. Bu qısa siyahıdan bir, və ya maksimum iki oyunçunun alınması Barsa üçün də uğurlu olacaq.

Kataloniya klubu bütün mövsüm güclü yarımmüdafiəçi çatışmazlığından əziyyət çəkib. Problemli mövqe təcili gücləndirilməyi tələb edir. Flikin Almaniya millisində və “Bayern”də  birgə çalışdığı tanınmış Joşua Kimmixi bu yerdə görməsi təəccüblü deyil. 

Klubda yarımmüdafiəçidən sonra ikinci prioritet mövqe sol hücumçu hesab olunur . Bu mövqeyi gücləndirmək üçün ilk variant "Atletik"dən Niko Uilyams hesab olunur. 21 yaşlı ispan basklarla müqaviləsini 2027-ci ilin yayına qədər uzatdığından “mavi qranatlar”a təzminat olaraq minimum 50-60 milyon avroya başa gələcək. 

Hücumun sol cinahı üçün başqa variant 27 yaşlı Komandır. Fransalı "Bayern"də birlikdə çalışdığı Flik üçün şəxsən maraqlıdır. Kinqsli Koman  ilə məşqçinin birliyi həqiqətən uğurlu olub. “Bayern” futbolçunu heyətdən atmağın əleyhinə olmasa da, onun üçün “məqbul məbləğ” tələb edəcək. 

Yarımmüdafiəyə daha bir potensial futbolçu “Valensiya”dan olan 21 yaşlı Xavi Querradır. Flik Barsada iki yarımmüdafiəçi ilə oynamağı planlaşdırdığından sahənin mərkəzini “yarasalar”ın tapıntısı ilə gücləndirmək sadəcə zərurətdir.

Namiq HUN

tag: İspaniya, Transfer, Mbappen, Hans-Diter, todaypress.az,